Elnur Memmedov - Sehidem Veten Sag Olsun
/


Mən, Məmmədov Elnur Rafiq oğlu, 1982-ci ildə oktyabrın 24-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. 1989-cu ildə Bakı şəhəri, Biləcəri qəsəbəsi 2 saylı orta məktəbin 1-ci sinfinə qəbul olmuşam. 1992-ci ildən 18 saylı musiqi məktəbidə xanəndəlik sinifində Ağasəfər müəllimdən muğam dərsləri almışam. Xüsusi musiqi istedadım özünü erkən biruzə verdiyindən həmin ildən Əfsər Cavanşirovun rəhbərlik etdiyi “Bənövşə” uşaq xorunda çıxış etmişəm. 1993-cü ildə uşaq filarmoniyasında tanınmış xanəndə Zabit Nəbizadənin sinfində musiqi təhsilimi davam etdirmişəm. Bu illər ərzində dəfələrlə ölkə televiziya və radiolarında müxtəlif səpkili mahnılar ifa etmiş və prespektivli gənc ifaçı kimi diqqət mərkəzində olmuşam. 1994-cü ildə “Qönçə - 94” müsabiqəsində xanəndə kimi birinci yerə layiq görülərək, laureat adını almışam. Həmin ildə UNESCO-nun Beynəlxalq Uşaq günü ilə bağlı keçirdiyi telemarafonda ifam Ümummilli Lider Heydər Əliyev tərəfindən xüsusi bəyənilmiş və o mənim gələcək sənət fəaliyətimlə bağlı olduqca dəyərli fikirlərini bölüşmüşdür. 1995-ci ildə məşhur xanəndə Əlibaba Məmmədovun sinifində muğamlarımızın sirlərini öyrəndim bu mənim musiqi dünyamda yeni səhifələr açdı.1999-cu ildə orta məktəbi bitirərək,  Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın hüquqi tənzimlənməsi” fakültəsinə daxil olmuşam. Universitetdə təhsil aldığım müddətdə ictimai fəallığımı nəzərə alaraq, Ali təhsil diplomuna şəxsən Təhsil naziri Misir Mərdanov tərəfindən xüsusi təqdimat formasında layiq görülmüşəm. 2003-cü ildən etibarən səs tellərimdə yaranmış müvəqqəti problemlər üzündən ara verdiyim yaradıcı fəaliyyətimi bərpa etdim və tanınmış bəstəkar Vaqif Gərayzadənin rəhbərliyi ilə Şeron qrupunda fəaliyyətimə başladım.

2003-cü ildə Gəncə şəhərində Ümummilli Lider Heydər Əliyevin doğum günündə Şeron qrupu daxilində ilk konsert proqramı ilə çıxış etmişəm. 3 il qrup fəaliyyətimdən sonra solo karyerama addımladım. 2007-ci ildə “Yaşıl teatr”da “Belə olarmı” adlı ilk solo konsert layihəm reallaşıb. Daha sonra Azərbaycanın bir sıra regionlarında konsert proqramları ilə çıxış etmişəm. Xeyriyə tədbirlərində aktiv iştirakıma görə bir sıra nüfuzlu mükafatlara layiq görülmüşəm. “İlin müğənnisi” və “İlin xiti” Milli Mükafatlarının qalibiyəm. İndiyə qədər 8 mahnı albomum işıq üzü görüb, 250-ə yaxın mahnını səhnə həyatına qovuşdurmuşam. Əlliyə yaxın klipim dəfələrlə televiziya və radioda xit - paradlarının qalibi olub. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən dövlət tədbirlərində aktiv iştirak etmişəm. Habelə, xaricdə Azərbaycan nümayəndə heyyətinin tərkibində ölkəmizi layiqincə təmsil etmişəm. Hazırda “Azərbaycanın 7 incisi” solo layihəsi çərçivəsində 7 xalq mahnımızın (“Sarı gəli”, “Reyhan” və s.) müasir etno-caz aranjimanında hazırlanması üzərində işləyirəm. 2011-ci ildə Azərbaycan Respublikasında Mədəniyyət nazirliyinin təşəbbüsü ilə Heydər Əliyev adına sarayda ilk dəfə hip-hop janrında  keçirilən Leyli-Məcnun Myuzıkalında mən İbn Salam rolunu canlandırmışam. 2011-ci ildə Türkiyədə 27 ölkə içində Azərbaycandan ilk olaraq Avropa qazetcilər derneyi mükafatlandırmasında ilin ən yaxşı Azərbaycan sənətcisi mükafatına laiq görülmüşəm. Ölkə xaricində bir çox solo konsertlərim olub  2011-ci il İsraildə, 2013-cü il Hollandiya Utrextə, Almaniya Hannoverdə, 2014-cü il Amerika Birləşmiş Ştatlarında Vaşınqton və Texas Houstonda, 2015-ci il Almaniya Kölndə, Amerika Birləşmiş Ştatlarında Texas Houstonda, 2016-cı il Gürcüstan Batumidə və Kipr Türk Cümhuriyyətində, 2017-ci il Sankt Peterburqda. 2019-cu ildən etibarən Azərbaycan Respublikası Mədəniyyət nazirliyi Bakı Şəhər Mədəniyyət baş idarəsinin Vokal estrada artisti kimi fəaliyyət göstərirəm və artiq 3 ildirki 50-yə yaxın mohtəşəm solo konsert çıxışlarımla Azərbaycanın Respiblikasının Silahlı Qüvvələrini ziyarət edirəm və yalnız əsgərlərimizə konsert proqramı ilə çıxış edirəm.15 ildirki “Heydər Əliyev Fondu”nun təşəbbüsü ilə uşaqlarımıza həsr olunmuş projenin iştirakçısıyam. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse prezidenti, “Heydər Əliyev Fondu”nun sədri, Millət Vəkili Mehriban xanım Əliyevanın əzmkarlığı və təşəbbüskarlığı sayəsində ölkəmizə mədəniyyətin və incəsənətin inkişafına göstərilən böyük dəstək və qayğıdan ruhlanaraq, yaradıcılığımı və gələcək səhnə fəaliyyətimi Azərbaycanın mədəni dəyərlərinin qorunması, təbliğ olunması və inkişafı yönündə qurmaq niyyətindəyəm.

13 Iyun 2011 - ci ildən ailəliyəm.