Sənətçi Elnur Məmmədov yeni mahnısını Vətən yolunda şəhid olmuş əsgərlərimizə həsr edib.
Şəhidəm Vətən Sağ Olsun adlanan mahnınin sözləri Bəxtiyar Ələkbərov , musiqisi isə Tahir Abdullayevə məxsusdur.
Mahnı daha öncəki aylarda möhtəşəm klip ilə təqdim olunmalı olsada ölkədə baş verən hərbi səbəblərdən klip çəkilişi bir müddət sonraya saxlanıldı.
Hal - hazırda ölkədə hərkəs Qarabağın azad olunmasına sevinsədə hərkəsin qəlbində hər zaman bu azadlığı bizə bəxş edən şəhidlərimiz əbədi yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət etsin.